Şirkət haqqında

2003-cü ildən başlayaraq xidmətləri daha müasir, əlçatan və təhlükəsiz edən taksi sifarişi, yükdaşımalar, alış-veriş, çatdırılma üzrə innovasiya texnologiyalarını yaradırıq.

Həm meqapolislərin, həm də əyalət şəhərlərinin spesifikasını nəzərə alaraq, biz müxtəlif istifadəçilərə vahid xidmət əsasında effektiv qarşılıqlı əlaqə yaratmaq üçün imkan yaradırıq. Xidmətlər sifariş edilirsə - rahat üsulla edilir. Sifarişlər yerinə yetirilirsə - onların axtarışı prosesini optimallaşdırmaqla, boş gedişi və boş dayanmaları azaltmaq şərti ilə yerinə yetirilir.

Sorğu göndərmək

Xidmətin sürətli inkişaf dinamikası

İlk 6 ildə 4 şəhərdə fəaliyyətə başladıq

2009-cu ildə eyni vaxtda 7 yeni şəhərdə ofislərimizi açdıq

2010-cu ildə 17 şəhərdə fəaliyyətə başladıq, sonra isə il ərzində 20-dən çox şəhərdə ofislərimizi açmağa başladıq

2020-ci ildə xidmətin Rusiyadakı faəliyyət coğrafiyası 500-dan çox yaşayış məntəqəsini əhatə etdi

2021-ci ildə xidmət 1000-dan çox yaşayış məntəqəsində faəliyyət göstərməyə başladı

Biz hər bir şəhərdə rəqabəti gücləndiririk, iqtisadiyyat və cəmiyyət naminə işləyirik

Bu, dünyada trendə çevrilməzdən bir neçə il əvvəl, biz istifadəçilərin birbaşa qarşılıqlı fəaliyyəti üçün nəzərdə tutulan sahə rəqəmsal platforma hazırladıq. Hələ 2007-ci ildə xidmətə qoşulan və sifarişlərlə işləyən zaman radio stansiyalardan istifadə edən sürücüləri mobil tətbiqə keçirdik.

Biznesin idarə edilməsi sahəsində innovativ yanaşmamız və istifadəçilərin dəyişən tələblərinə uyğun olmaq arzusu müasir nəqliyyat bazarının transformasiyasına və formalaşmasına şərait yaradır.

Biz fəxr edirik ki, cəhdlərimiz və təcrübəmiz sayəsində xidmətin fəaliyyətini təmin edən və biznesi çevik idarə etmək üçün detallı analitika təqdim edən güclü proqram-aparat kompleksi hazırlanmışdır.

Telefonla, saytımız və ya "Maxim" mobil tətbiqi vasitəsi ilə hər gün daxil olan çoxlu sayda sifarişləri Rusiyada ən iri xüsusiləşdirilmiş əlaqə mərkəzi qəbul edir və onların üzərində işləyir. O, həmçinin Taxsee Driver mobil tətbiqi vasitəsi ilə işləyən sürücülərə və kuryerlərə də xidmət göstərir. Bizim tələblərimiz əsasında operatorların peşəkar təlimi üzrə sistem hazırlanmışdır.

2014-cü ildən etibarən ofislərimizi yaxın və uzaq xarici ölkələrdə açmaqla Rusiya Federasiyasından kənarda da fəaliyyət göstərməyə başladıq. Biz beynəlxalq miqyaslı şirkət səviyyəsinə qalxdıq.

2016-cı ildə daşıma xidmətləri bazarında ilk olaraq fərdi sahibkarlara xidmətin dəstəyi ilə öz işlərini açmağı təklif etdik
Partnyorlarımız üçün təlim keçirik, şirkətdə təcrübə keçməyi təklif edirik və bütün fəaliyyət dövründə tam dəstəyi təmin edirik. Birlikdə biznes qururuq və daim şəbəkəni genişləndiririk.
Biz qlobal brend olmağa çalışırıq ki, müştərilərimiz müxtəlif şəhər və ölkələrə səyahət edərkən hər yerdə "Maxim" taksi sifarişinin xidmətlərindən istifadə edə bilsinlər.
Partnyor bölmələrin ən yaxşı inkişaf dinamikası

Françayzinq proqramı başladıqdan sonra birinci tam ildə xidmətin partnyorlarımızın olduğu şəhərlərdə inkişaf etdirilməsi məqsədi ilə biz onlarla 100-dən çox müqavilə bağladıq.

Cəmi 2020-ci ildə 400-dən çox müqavilə imzalanıb və ödənilib.

Stabil olaraq 300-dən çox partnyor bölməsi fəaliyyət göstərir, digərləri hazırlıq və işə başlama mərhələsindədirlər. Rusiyanın taksi bazarında bu, ən yaxşı nəticədir.

Toplanılmış statistika göstərir ki, partnyorlar əhalisi 10 mindən 100 minədək olan və federal aqreqatorların hələ ki mövcud olmadığı kiçik şəhərlərdə ən yüksək fəallıqları ilə seçilirlər. Lokal şirkətlər bahalı softu hazırlamaq, müasir xidmət standartlarına uyğun iş qurmaq iqtidarında deyillər. Ximdətlə bağlanılan müqavilə fərdi sahibkarlara bazarda dərhal hissolunan üstünlük qazanmağı imkan verir.

80 %
əhalisi 10 mindən 100 minədək olan şəhərlərdə bağlanılan müqavilələr
17 %
əhalisi 100 mindən 1 milyonadək olan şəhərlərdə bağlanılan müqavilələr
3 %
milyonçu şəhərlərdə bağlanılan müqavilələr

Biznesi xidmətin dəstəyi ilə bir çox ölkələrdə açırlar

Təklif ilə ən çox maraqlananlar sırasında öz taksoparkı olan sahibkarlar və ya taksi biznesinə sərmayə yatıraraq və biznesi idarə edənləri işə götürərək passiv gəlir əldə etmək istəyənlərdir. Xidmətin partnyorlarının üçdə bir hissəsi - biznesi müstəqil şəkildə sıfırdan inkişaf etdirən yeni oyunçulardır.

Franşizanın işə salınması orta hesabla üç ay çəkir, xərcini ödəmə müddəti isə - təxminən yarım il.

Partnyorların gəliri hər bir yerinə yetirilmiş sifarişdən əldə edilən, məbləğini özləri müəyyənləşdirdiyi, komissiyadır.

Pulsuz konsultasiya üçün sorğu göndərin və mütəxəssislərimiz sizinlə əlaqə saxlayacaq.

Sorğu göndərmək

Müraciət etdiyiniz üçün çox sağ olun!

Biz əməkdaşlıq şərtlərini və biznes-planı sizə elektron poçtla göndərdik. Birazdan sizinlə mütəxəssis əlaqə saxlayacaq.

"Maxim" xidməti barədə daha ətraflı öyrənin.

Prezentasiyanı yükləmək Videomateriallara baxmaq

Konsultasiyanı indi alın

+62 761 600 600 6

sales_id@taximaxim.com